Komitə sədri Pakistan səfərindən yazdı

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı başa çatıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Pakistanda səfərdə olan nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili məlumat verib.

O qeyd edib ki, konfrans İƏT-ə üzv ölkələr arasında inteqrasiya proseslərinə daha çox dinamizm verilməsinin zəruriliyinə dair ortaq mövqeyini müəyyənləşdirmək baxımından çox əhəmiyyətli olub:

“İki gün ərzində davamlı inkişafın məqsədləri, ticarət və qarşılıqlı əlaqələr, turizm sahəsində əməkdaşlıq, yoxsulluğun azaldılması, siyasətdə qadınlar, iqlim dəyişiklikləri, COVID-19 qlobal pandemiyasına qarşı mübarizədə birgə səylərin gücləndirilməsi, eləcə də hamımızı maraqlandıran müxtəlif mövzularda dərin və əhatəli müzakirələr aparıldı.

Və sonda İkinci Ümumi Konfransın yekunlarına dair İslamabad Bəyannaməsi imzalandı”.

Возможно, это изображение (один или несколько человек, люди стоят, люди сидят и в помещении)