Komitə sədri sahibkarlarla görüşdü

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri,millət vəkili Tahir Mirkişili  Caspian Energy Clubun təşkilatçılığı ilə sahibkarlarla görüşdü.

XALQ.AZ xəbər verir ki, bu barədə millət vəkili şəxsi facebook səhifəsində məlumat verib. Deputat bildirib ki, görüş maraqlı, səmərli və məhsuldar oldu. Görüşdə ölkə iqtisadiyyatı, Qarabağın bərpası, 2021-ci ildə iqtisadi inkişafın drayverləri, sahibkarlığın inkişafı və s məsələlərdən danışdıq. Qanunvericilik fəaliyyətimizdə sahibkarların fikirləri bizim üçün önəm daşıyır. Bu cür görüşləri mütəmadi keçirəcəyik.

XALQ.AZ