Komitə sədrləri Çinə gedirlər

Milli Məclisin komitə sədrləri Eldar İbrahimov,  Əhliman Əmiraslanov, Siyavuş Novruzov, deputatlardan Ağalar Vəliyev  və Hüseynbala Mirələmov oktyabrın 16-dan 25-dək Çin Xalq  Respublikasında  səfərdə  olacaq.

XALQ.AZ xəbər verir ki, səfərin məqsədi  Yeni Azərbaycan Partiyası ilə  Çin Kommunist Partiyası arasında ikitərəfli  əməkdaşlığı daha da inkişaf etdirməkdir.

Deputatlarımız dost ölkədə bir sıra görüşlər keçirəcək, tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

 

 

Orxan