Komitə tərkibində dəyişiklik edilib

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. XALQ.AZ-ın məlumatına görə, iclasda “Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında” sənəd müzakirəyə çıxarılıb.

Müzakirələr nəticəsində Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilib.

Deputatlar Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılır.

Komitə üzvlüyünə 3 deputatın – Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb və dəyişiklik qəbul olunub.

 

Orxan