Könül Nurullayeva səyyar görüş keçirdi

Milli Məclisin deputatı Könül Nurullayeva seçicilərlə görüşüb.

XALQ.AZ xəbər verir ki,səyyar qəbul zamanı R.Rüstəmov küçəsi ?,?,?,, Məhsəti küçəsi ??, ?? və Ə.Əzimzadə küçəsi ?? ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib onların rastlaşdığı gündəlik problemlər ilə yaxından tanış olub. Nizami Rayon İcra Hakimiyyətinin aparatı və Rayon Təsərrüfatı Şöbəsinin Müdiri Tariyel müəllim ilə birgə keçirdiyimiz görüşdə sakinləri narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandırdıq və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydalarını izah edilib. Qaldırılan məsələlər əsasən yaşayış obyektlərinin çökmüş dam örtüklərinin bərpası, yaşayış binalarının cari təmirə ehtiyacı, həyətyanı sahələrdə təhlükəli ağac problemi və budanması vacib olan ağaclara aqrotexniki xidmətin göstərilməsi, yaşayış sahələrinin daxilində yerləşən yollarda nəqliyyat vasitələrinin sürətini azaltmağa köməklik edəcək tramplin kimi qurğuların təmin olunması, həyətyanı sahələrdə abadlıq işlərinin aparılması məqsədi ilə su təminatının zəruriyyəti və kanalizasiyaların təmizlənməsi ilə bağlı olub.

Müraciətlər qeydə alınmışdır və ən qısa zamanda həllini tapmaq üçün aidiyyatı üzrə müvafiq qurumlara ünvanlandırılacaqdır.