Koray Tarqay vəzifədən getdi

44

 

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqayın diplomatik missiyasının başa çatması ilə əlaqədar dekabrın 17-də rəsmi ziyafət təşkil olunub.

APA-nın məlumatına görə, ziyafətə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, siyasi partiyaların liderləri, ictimai xadimlər təşrif buyurublar.

Səfir Koraq Tarqay öz çıxışında qonaqları salamlayaraq bildirib ki, onun diplomatik missiyası başa çatır və Azərbaycanda çalışdığı hər günündən zövq aldığını deyib. K.Tarqay əlavə edib ki, Azərbaycan onun üçün yad ölkə deyil: “Çalışdığım müddətdə Azərbaycanın daha yaxşı gələcəyi üçün əlimdən gələni etmişəm və buna görə məmnunluq hissi keçirirəm. Həmçinin ölkənin hər sahədə inkişafını da görmək xoşdur. İşimdə mənə kömək edən hər kəsə təşəkkürlərimi bildirirəm”.

Qeyd edək ki, 2014-cü il yanvarın 1-dən etibarən ATƏT-in Bakı ofisi layihə əlaqələndiricisi statusu altında fəaliyyət göstərəcək. Bu barədə qərar 2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasında qəbul edilib.