Koronavirusa qalib gələn ilk ölkə

Qrenlandiya koronavirusa qalib gələn ilk ölkə olub.

XALQ.AZ bildirir ki, bu barədə “Worldometers.info” saytında məlumat verilib.

Belə ki, ölkədə COVID-19-a yoluxan 11 nəfərin hamısı sağalıb, ölən yoxdur.

Aprelin 14-dən adada koronavirusa yoluxma halı qeydə alınmayıb.

Ölkədə COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb. Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib.