Koronavirusa yoluxan diaspor sədri: “Ümid edirəm ki, yaxın vaxtlarda tam sağalacam”

“Hazırda digər günlərə baxanda özümü yaxşı hiss edirəm. Mənimlə maraqlanan hər kəsə “çox sağ olun” deyirəm. Sevginiz əzizdir”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında, Fransada koronavirus infeksiyasına yoluxan Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva deyib.

Mirvari Fətəliyeva tezliklə tam sağalacağına ümid etdiyini də bildirib:

“Düzdü, yorğunluq və bəzi simptomlar bədənimdən tam olaraq çıxmayıb. Daxili gücümə çox inanıram. Yaxınlarımın, məni tanıyanların diqqəti, qayğısı indiki halda mənim üçün hər şeydir. Ümid edirəm ki, yaxın vaxtlarda tam sağalacam”.

Qeyd edək ki, M.Fətəliyeva bir neçə müddət bundan əvvəl Paris ətrafındakı xəstəxanada yoxlamadan keçərkən, verdiyi testin nəticəsi müsbət çıxmış, onda koronavirus aşkarlanmışdı.