Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək

“Çin Xalq Respublikasının ekspert qrupunun yaxın həftələr ərzində Azərbaycana gəlməsi gözlənilir”.  

XALQ.AZ xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-yə müsahibəsində deyib. 
  
Bildirib ki, koronavirusun ilk başlanğıc nöqtələrindən biri Çindir və bu sahədə maraqlı təcrübəsi var: “Düşünürük ki, onların da öz qabaqcıl təcrübələrini bizimlə bölüşməsi çox faydalı olacaq. Bundan başqa, ölkəmizə Kubadan da mütəxəssislərin gəlməsi gözlənilir. Sual yarana bilər – niyə Kuba? Çünki bu ölkənin dünyada bilinən mükəmməl səhiyyə sistemi var və ebola pandemiyası yaranan zaman mütəxəsisləri öz sözlərini deyib. İş prinsipi o formada qurulacaq ki, ayrıca səhiyyə ocaqları ayrılacaq”.