“Koronavirusla mübarizədə insanlarımızın cənab prezidentə güvənir”

“Aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədəki çıxışında cənab prezident vətəndaşlarımızın sağlamlığının onun üçün nə qədər önəmli olduğunu bir daha vurğuladı”.

Bunu XALQ.AZ-a açıqlamasında deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, müşavirədə cənab prezident çox mühüm məsələlərə toxundu: “Azərbaycan dövləti tərəfindən cənab prezidentin rəhbərliyi ilə koronavirusla bağlı zamanında düzgün və təxirəsalınmaz addımlar atıldı. Məhz həmin addımların sayəsində son bir neçə gündə ölkəmizdə koronavirusa yoluxanların sayı azlmaqdadır. Sevindirici haldır ki, hətta gün ərzində sağalanların sayı yoluxanlardan çox olur. Təbii ki, bütün bu müsbət nəticələr cənab prezidentin vətəndaşlarımıza və onların sağlamlığına verdiyi dəyərin sayəsindədir”.

Cavanşir Paşazadə vurğulayıb ki, ölkə başçısı müşavirədə çıxışı zamanı anti-milli qüvvələrin fəaliyyətinə də toxundu: “Bu gün Azərbaycanda hər kəsin koronavirusla mübarizədə aktiv fəaliyyət göstərdiyi bir zamanda bəzi anti-milli qüvvələr ölkəmizə qarşı öz çirkin oyunlarını davam etdirirlər. Təbii ki, bu da bir daha sübut edir ki, onları nə xalq, nə də insanların sağlamlığı düşündürmür. Hər kəsə bəllidir ki, onlar anti-Azərbaycan qüvvələrin əlində maşa rolunu oynayırlar. Bu gün onlar müəyyən miqdarda pulun qarşılığında müxtəlif yalanlarla cənab prezidentin uğurlu siyasətinə kölgə salıb, ölkəmizi 90-cı ölkədə qaytarmağa çalışırlar. Ancaq unudurlar ki, xalqımız onların məqsədlərini yaxşı anlayır və oynanılan çirkin oyunlarından xəbərdardır. Məhz ona görə də xalqımız cənab prezidentin uğurlu siyasətini dəstəkləyərək onun ətrafında sıx birləşib. Koronavirusla mübarizədə insanlarımızın cənab prezidentə güvənir və inanırlar ki, onun verdiyi düzgün qərarlar sayəsində bu bəladan tezliklə az itkilərlə canımızı qurtaracağıq”.