Koronaya yoluxan ana körpəsinə süd verə bilər – ÜST

Ana südündən koronavirus keçmir.

XALQ.AZ-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.

ÜST koronavirusa yoluxan və ya şübhəli olaraq bilinən şəxslərin körpələrindən ana südünü kəsməməsini tövsiyə edib.

ÜST ana südündə COVİD19 aşkarlanmadığını, sadəcə, “kiçik parçaları” olduğunu açıqlayıb.