Korrupsiyaya görə həbs edilənlər amnistiyaya düşüb

“Bu günə qədər vəzifə cinayətləri (korrupsiya və qulluq mənafeləri əleyhinə olan digər cinayətlər ) ilə bağlı həbs edilmiş 41 nəfərə Amnistiya Aktı tətbiq edilib”.

XALQ.AZ-ın məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.

O bildirib ki, həmçinin, müharibə cinayətləri ilə bağlı həbs edilmiş 1 nəfərə Amnistiya Aktı tətbiq edilib.