Kraliçanın gəlini mətbəxə girdi, yemək bişirdi – Foto

İngiltərə kraliçasının gəlini, şahzadə Harrinin həyat yoldaşı, Susseks hersoginyası Meqan Markl mətbəxdə yemək bişirib.
XALQ.AZ xəbər verir ki, Hersoginya fotoları sosial şəbəkədə paylaşıb.
Meqan Markl bir restoranın mətbəxinə girib. O, bu anları izləyiciləri ilə bölüşüb. Marklın yazdığı yemək kitabının gəlirləri ilə açılan mətbəxdə onu isti qarşılayıblar. İzləyicilər hersoginyanın paltarını da çox bəyəniblər. Onlardan biri “Şahzadə Harri ilə bir-birinizə çox yaraşırsınız. Çox gözəlsiniz” rəyini yazıb.
Orxan