“Kristal Abşeron” vətəndaşın mənzildən çıxarılmasını tələb edir

Bakı şəhərində boş torpaq sahəsi görən kimi bina inşa edən və haqqında yüzlərlə şikayət olan “Kristal Abşeron” MTK vətəndaşı evindən çıxarır.

“Kristal Abşeron” vətəndaş Məmmədova Sevdaya qarşı məhkəmədə iddia qaldırıb. MTK-nın məqsədi vətəndaşı evindən didərgin salmaq, əmlakını əlindən almaqdır.
“Kristal Abşeron” vətəndaşla bağlanmış müqavilənin ləğvini və S.Məmmədovanın mənzildən çıxarılmasını tələb edir.
İşə hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə baxılacaq. Növbəti proses 7 iyul tarixinə təyin edilib.