Ksenya Sobçak Moskvada Lubyanka prospektində Federal Təhlükəsizlik binası qarşısında polis tərəfindən saxlanılıb.
XALQ.AZ BAKUTİME.AZ istinadən xəbər verir ki, Sobçak bu gün dövlətə xəyanətda ittiham olunan “Kommersant”ın sabiq əməkdaşı, “Roskosmos” şefinin müşaviri İvan Safronovun müdafiəsinə yönəlik piketdə saxlanılıb.
Sobçak sonradan sosial şəbəklərdə bunları yazıb: “ Necə əclafdırlar. Mən sadəcə mayka geymişdim və üzərində #ОсторожноНовости” yazmışdım”.
O eyni zamanda “İvan Safronova azadlıq” köynək geyinib..
Polis bu gün eyni zamanda “Kommersant”ın piketdə iştriak edən əməkdaşları Yelena Çernenkonu, Kira Düryaqini , Aleksandr Çyronıyı, Olqa Çurakovanı və Anna Zibrovanı saxlayıb.
Qeyd edək ki, Safronov iyulun 7-də saxlanılıb və dövlətə xəyanətlə ittiham olunur.
Kseniya Sobçak Rusiyada 2018-ci ilin martında keçirilən prezident seçkilərində namizəd olub və məşhur teleaparıcıdır.
XALQ.AZ