KTMT XİN başçılarının iclası İrəvanda keçiriləcək

KTMT-nin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası iyunun 10-u Ermənistanın paytaxtı İrəvanda keçiriləcək.

Xalq.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı KTMT-nin Baş katibi Stanislav Zas açıqlayıb.

Onun sözlərinə görə, təşkilata üzv ölkələrin XİN rəhbərləri beynəlxalq və regional təhlükəsizliyin vəziyyətini və onun KTMT ölkələrinin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər.