Külli miqdarda narkotik vasitə tapıldı

Narkotik

Zaqatalada külli miqdarda narkotik vasitə aşkar edilib. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Zaqatala rayon polis şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat zamanı Danaçı kəndi ərazisindən çəkisi 1 ton 200 kiloqram olan 1500 ədəd çətənə kolu aşkar edilib.

Aşkar olunan narkotik vasitə yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.