Kür çayında iki nəfər batıb

Kur

XALQ.AZ Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 2002-сi il təvəllüdlü Şahin Sabir oğlu Əliyev və 1970-ci il təvəllüdlü Azər Ağabəy oğlu Əliyev Kür çayının Salyan rayonu Bazanlı kənd ərazisindən keçən hissəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 5 km məsafədə, nəzarət olunmayan ərazidə batıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

Ş.Əliyevin cəsədi saat 19:45-də dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

A. Əliyevin cəsədinin axtarışı davam etdirilir.