Kürdə batan qardaşlardan birinin meyiti tapıldı

Kür çayında batan iki qardaşdan birinin meyiti tapılıb.
XALQ.AZ xəbər verir ki, bu gün səhər saatlarında FHN-nin dalğıc-xilasediciləri tərəfindən Salyanın Aşağı Noxudlu kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Seymur oğlu Sadıqovun meyiti batdığı yerdən 6 kilometr aralıda tapılaraq sudan çıxarılıb
Meyit aidyyati üzrə təhvil vrilib.
Hazırad 2006-cı il təvəllüdlü Ramalsadıqovun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Yeganə