Kürdəmir inkişaf mərhələsində

Kurdemiir

Kürdəmir tamamilə dəyişib, gözəlləşib və inkişaf edir.

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Kürdəmir tutur. Qeyd edək ki, Kürdəmir son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Ceyhun Cəfərovun gərgin əməyinin nəticəsidir. Belə ki, Ceyhun Cəfərov Kürdəmirə rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Kürdəmirdə görüləcək işlər çoxdur. Həm də yardımlılar üçün görüləcək işlər həddindən artıq çoxdur. Ceyhun Cəfərov əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onların sözlərinə görə, indi Kürdəmir rayonu , demək olar ki, hər bir guşəsi öz simasını dəyişir. 5-6 aydan sonra bu şəhərin tanınmaz dərəcədə dəyişəcəyinə əsla şübhə etmirlər. Qeyd edək ki, Ceyhun Cəfərov icra başçısı gələndən sonra bütün dövlət əhəmiyyətli binaların açılışı olub. Bütün parklar yenidən qurulub. Bütün yollar təmir olunub. Sonda onu da bildirək ki, hal hazırda Kürdəmir yeni layihələrin reallaşdırılmasına, böyük işlərin görülməsinə, yeni-yeni abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə start verilib. Ceyhun Cəfərovun rəhbərliyi altında keçirilən bu işlərin yaxın aylarda özünün bəhrəsini verəcəyi isə şübhə doğurmur.