Kürdəmirdə 6 yaşlı uşağı cərəyan vurdu

Naqil

Kürdəmirdə azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

XALQ.AZ-ın məlumatına görə, hadisə bu gün rayonun Muradxan kəndində qeydə alınıb.

Rayon polis şöbəsindən verilən məlumata görə, kənd sakini 2008-ci il təvəllüdlü Dünyamalıyev Mehralı Rəsul oğlunu elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.