Kürdəmirdə azyaşlı xilas edildi

Kurdemir

Kürdəmirdə qapı arxasında bağlı qalan azyaşlı uşaq Fövqəladə Hallar Nazirliyinin müvafiq qrupu tərəfindən xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kürdəmir şəhərində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə bayır tərəfdən açaraq, içəri daxil olublar.

Mənzildə nəzarətsiz qalmış azyaşlı uşaq aidiyyəti üzrə təhvil verilib.