“Kurtlar vadisi”ində yenilik

96

Türkiyənin ən populyar teleseriallarından olan “Kurtlar vadisi pusu”nun yeni seriyalarına amerikalı aktyor Endi Qarsiyadan sonra daha bir Hollivud ulduzu da qatılacaq.

XALQ.AZ AHT-yə istinadən bildirir ki, yeni seriyalara dünyaca məşhur aktrisaŞeron Stoun da çəkiləcək.
Ş.Stoun 8 il əvvəl “Kurtlar vadisi pusu”nun Los-Ancelesdə çəkilmiş iki seriyasında iştirak etmişdi.