Kütləvi zəhərlənmə: 180 nəfər zəhərləndi

Zeheren

Türkiyənin Osmaniyə şəhərində kütləvi zəhərlənmə qeydə alınıb.

Xalq.az-ın xəbərinə görə, osmaniyənin Kadirli rayonundakı özəl məktəblərdən birində kütləvi zəhərlənmə olub. Aralarında şagird, müəllim, idarəçi və valideynlərin də olduğu 180 nəfər yeməkdən zəhərləndikləri üçün xəstəxanaya müraciət edib.

Zəhərlənənlər sonuncu dəfə məktəbdə günorta yeməyində börək, tort və şirniyyat yeyiblər. Daha sonra isə baş gicəllənməsi, qusma və mədə bulanması olduğunu görüb zəhərləndiklərini başa düşüblər.

Onlardan bəziləri dövlət xəstəxanalarına, bəziləri isə özəl xəstəxanalara gediblər. Zəhərlənən 180 nəfərdən 50 nəfəri ilkin ambulator baxışdan sonra evə göndərilib.

Xəstəxana nümayəndələri müalicə alan digər 130 nəfərin də sağlamlıq vəziyyətinin yaxşı olduğunu vurğulayıb.