Lənkəran çimərliyində faciə

Cimerlik

Ötən gün Lənkəranda 70 yaşlı kişi dənizdə boğulub. XALQ.AZ FHN-ə istinadən xəbər verir ki, Lənkəran şəhər sakini, 1944-cü il təvəllüdlü Akif Yunus oğlu Tağıyevin dənizdən meyidi tapılıb. Onun meyidini Fövqəladə Hallar Nazirliyinin xilasedicilər sudan çıxarıblar.

Onun çimərkən suda batdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.