Lənkəran Peşə Liseyi böyük uğurlar qazanır- Gənclər tədrisdən sonra işlə təmin olunur

Lənkəran Peşə Liseyi (əvvəllər Lənkəran 113 saylı texniki peşə məktəbi) 1969 cu ildə yaranıb və əsasən Lənkəran Regionu üçün kənd təsərrüfatı sahəsində ixtisaslı fəhlə kadrlarının hazırlanması həyata keçirib. Sovet dönəmindən sonra peşə təhsili uzun müddət təhsil sahəsində əhəmiyyətsiz təhsil pilləsi imicini formalaşdırsa da, dünyada gedən sosial iqtisadi dəyişikliklər, ömürboyu təhsil almaq ehtiyacları, yeni peşələrin yaranması peşə təhsilinin əhəmiyyətini ölkələrin sosial iqtisadi inkişafına artırıb.
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Peşə Təhsili sahəsində verdiyi Sərəncamlar Ölkəmizdə bu sahədə islahatları sürətləndirib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, Peşə Təhsili üzrə Strateji Yol Xəritəsinin qəbul eilməsi, Peşə Təhsili haqqında Qanunun qəbul edilməsi peşə təhsilinin inkişafı üçün şərait yaradıb. Peşə Təhsili Müəssisələrinin rasionallaşdırılması, maddi texni bazalarının yenilənməsi, peşə təhsilində məzmun baxımından işəgötürən təşkilatlarla birgə dual peşə təhsilinin tətbiq edilməsi əsas prioritet istiqamətlərdəndir.
Azərbaycanda Peşə Təhsili Müəssisələrinin içində ən aktiv müəssisələrdən biri Lənkəran Peşə Liseyidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Lənkəran Peşə Liseyi və Lerik Peşə Məktəbi birləşdirilərək Lənkəran Peşə Liseyinin bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Azərbaycan Respublikası Prezidenrti Cənab İlham Əliyevin müvafiq sərəncamına əsasə isə Lənkəran Peşə Liseyinin yenidənqurulması layihəsinə başlanılıb. Bu layihə Lənkəran İqtisadi Regionunda kadr hazırlığı baxımından önəmli rol oynayacaq.
Regionun sosial iqtisadi imkanları və perspektivlərini nəzərə alaraq hal hazırda Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində aşağıdakı ixtisaslarda kadr hazırlığı həyata keçirilir.
⦁ Turizm sahəsində iaşə üzrə mütəxəssis
⦁ Aşpaz
⦁ Qənnadçı Şirniyyatçı
⦁ Xalçaçı
⦁ Kənd Təsərrüfatı Məhsullarının istehsalı üzrə Fermer
⦁ Çay və Sitrus Ustası
⦁ Aqroservis
⦁ Geniş Profilli Traktorçu Maşınçı
⦁ Avtomobillərin təmiri üzrə çilingər
⦁ Çilingər Santexnik
⦁ Bitkiçilik mütəxəssisi
⦁ Əl elektrik qaynaqçısı
⦁ Sənayedə quraşdırma işləri

Mərkəzdə təhsil almaq üşün müxətlif yaş qruplarından müraciətlər olunur və təhsil almaq istəyənlərin içində xanımların sayı artır. Təhsil alanlar əsasən Lənkəranın müxtəlif kəndlərindən, Lerik Masallı və Astara rayonlarındandır.
Peşə Təhsilində dual təhsil proqramlarının tətbiqini və strateji yol xəritəsində işəgötürən təşkilatlarla kadr hazırlığını birgə keçirilməsinin vacibliyini və işəgötürən təşkilatlar tərəfindən məzunların işlə təmin olunmasını nəzərə alaraq Lənkəran Peşə Liseyi Lənkəran İqtisadi Regionunda fəaliyyət göstərən işəgötürən təşkilatlarla əməkdaşlıq müqavilələri imzalayıb. Bunlar:
⦁ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu
⦁ Lankaran Spring Wellness Resort Otel
⦁ Xəzər Palace
⦁ Carnaval Otel
⦁ LARAN qənnadı fabriki
⦁ Lənkəran Avtoservis MMC
⦁ Lənkəran Mexanikləşdirmə Zavodu

Qeyd etmək istərdik ki, adı çəkilən müəssisələrin əməkdaşları Lənkəran Peşə Liseyində işlərinə cəlb olunublar və təhsilalanların biliklərinin qiymətləndirilməsində yaxından iştirak edirlər. Eyni zamanda, qeyd olunan ixtisaslar üzrə təhsil alanlar istehsalat təlimi və təcrübələrini əməkdaşlıq etdiyimiz işəgötürənlərin bazalarında real iş rejimində keçirlər.
Bundan başqa, Lənkəran Peşə Liseyi ölkəmizdə dha çox sosial layihələrin icrası ilə tanınır. Bu layihələr həm Liseyiin sosial məsuliyyət niyyətlərinə uyğun gəlir, həmdə mühəndis pedaqoji və tələbə heyyətini yaşadığımız cəmiyyətdə daha aktiv vətəndaş mövqeyi tutmağa kömək edir. Eyni zamanda bu layihələrə çərçivəsində təhsilin humanistləşməsi həyata keçirilir.
Vətən Müharibəsi bitən kimi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin və 1 ci Vitse Prezident Mehriban Xanım Əliyevanın işğaldan azad olunan ərazilərin işğaldan bərpası prosesinə ilk qoşulan təhsil müəssisələrindən biri Lənkəran Peşə Liseyi olub. Belə ki, Liseydə Bitkiçilik qrupları tərəfindən yetişdirilən müxtəlif növ ağaclar Cəbrayıl Rayonunun Cucuq Mərcanlı kəndində aparılıb və əkilib. Liseyin Xalçaçı qrupunda hazırlanan Xalçalar Liseyin facebook səhifəsi üzərindən auksiona çıxarılaraq satılıb və həmin vəsait YAŞAT Fonduna köçürülüb. Bu yaxınlarda Liseyin tələbələrinin yetişdidikləri məhsullar Liseydə təşkil olunan kiçik yarmarkada satılaraq vəsait YAŞAT Fonduna köçürülüb.
Bundan başqa, Lənkəran Peşə Liseyi artıq bir neçə ildir ki, Lənkəranın Uşaq Bağçalarına yelləncəklər və oturacaqlar düzəldərək hədiyyə edir. Eyni zamanda, belə yelləncəklər və oturacaqlar Lənkəran Şəhərinin müxtəlif parklarında sakinlərin ixtiyarına verilib.
Bu yaxınlarda, Lənkəran Peşə Liseyi Şəhidlərin adlarını əbədilşdirmək üçün Şəhid Ailələrinə verilən yaşayış binasında daha bir sosial aksiya keçirərək binanın ərazisində Şəhid Övladları ilə birgə ağaclar əkilib, binanın ərazisinə oturacaqlar və yelləncəklər qoyulub.
Lənkəran Peşə Liseyi ekoloji layihələrdə iştirak edir. Liseyin mühəndis pedaqoji heyyəti qırmızı kitaba düşən Lənkəran Akasiyasını çoxaldaraq müxtəlif yerlərdə əkir. Şirvan Milli Parkında ağacəkmə aksiyalarında iştirak edib.
Lənkəran Peşə Liseyində Baramaçılıq ixtisası olduğuna görə Liseydə 2 il barama istehsal olunaraq Şəki İpək MMC təhvil verilib. Liseydə yaşıl enerjinin tətbiqi ilə bağlı 2 müxtəlif layihənin təqdimatı keçirilib.
Lənkəran Peşə Liseyinin sosial aksiyaları ölkədən kənarda da maraqla qarşılanıb və Lisey Beynəlxalaq Makarenko müsabiqəsinin xüsusi diplomuna layiq görülüb.
Lənkəran Peşə Liseyinin ən uğurlu layihələrindən biri “Gənc Fermer” Layihəsidir. Layihəni əsas məqsədi – Lənkəran rayonunda ənənəvi sahələrdən olan çayçılığın inkişafı üçün ting yetişdirilməsinin təşviqi, bu sahədə çalışan mütəxəssislərin potensialının üzə çıxarılması, gəncləri lokal layihələrə cəlb etməklə, onların məşğulluğunun təmin edilməsidir.
Layihə Heydər Əliyev Fondu Regionların İnkişafı İçtimai Birliyi – RİİB tərəfindən sosial layihələr müsabiqəsi çərçivəsində maliyyələşdirilib və bu layihəni Lənkəran Peşə Liseyi Müasir Gənclərə Dəstək İçtimai Birliyi ilə birgə həyata keçirib. Layihə çərçivəsində 7500 çay tingi yetişdirilib və fermer təsərrüfatlarına verilib.
Əldə olunan gəlirlə çayçılqla məşqul olmaq istəyən Gənclərə maddi texniki dəstək verilib. Gənc Fermer Layihəsinin icrası, qiymətləndirilməsi və bağlanış tədbirində Milli Məclisin Deputatları Rüfət Quliyev və Şahin Seyidzadə iştirak ediblər.