Lənkərana dolu yağdı

Dolu

Lənkərana dolu yağıb.

XALQ.AZ-ın məlumatına görə, mayın 28-də cənub bölgəsinə yağan yağış Lənkəran rayonunda dolu ilə müşayiət olunub.

Gündüz saatlarında yağan leysan yağışı və dolu fərdi yaşayış evlərinə, inzibati və sosial binalara ziyan vurmayıb.

Hazırda cənub bölgəsində yağmurlu hava şəraiti davam edir.