Lənkəranda avto qəza

Qeza-5

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yol qəzası Lənkəran – Boradigah yolunun rayonun Zövlə kəndindən keçən hissəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini 40 yaşlı Rafiq Ağayevin idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili Lənkəranın Zövlə kənd sakini, 36 yaşlı Eldəniz Kazımovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Həmçinin maşınlarda olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə qəzanın “VAZ-21099”un sürət həddini aşması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran şəhər-rayon polis şöbəsində araşdırma aparılır.