Lənkəranda yanğın – Video+Yenilənib

Lənkəranda hoteldə yanğın başlayıb.

Hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “Panorama” hoteldə baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-in yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

FHN-dən bildirilib ki, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “Panorama” hotelindədə baş vermiş yanğın söndürülüb. Xəsarət alan yoxdur.