Lənkəranskinin killerinin səs-küylü cinayət işi (VİDEO)

Rusiyada həbs edilmiş Axsaq Nazim ləqəbli Nazim Hümbətovun səs-küylü cinayət işi Moskva Vilayət Məhkəməsinə verilib.

XALQ.AZ-ın məlumatına görə, “qanuni oğru” Lənkəranskinin (Rövşən Cəniyev) ştatlı killeri və Pokrov meyvə-tərəvəz bazarındakı biznesinə nəzarət edən kriminal avtoritet kimi tanınan Axsaq Nazim adam öldürməkdə və sənədlərin saxtalaşdırılmasında günahlandırılıb.

Axsaq Nazim cinayət işi ilə tanış olduqdan sonra prokurorluq sənədləri təsdiqləyib və baxılması üçün Moskva Vilayət Məhkəməsinə ötürüb. İlkin məhkəmə dinləməsinin tarixi hələ müəyyən edilməyib.

İstintaqın versiyasına görə Nazim Hümbətov öz ortaqları ilə birlikdə 24 sentyabr 2003-cü il tarixində Podmoskovyenin Odinnsova rayonunda dörd azərbaycanlını güllələyib. Onlardan ikisi ölüb, ikisi isə ağır yaralanıb.

Əməliyyatçıların fikrincə Axsaq Nazim Rusiya Federasiyası ərazisində onlarla qətl hadisəsi törədib. Bu cinayətlərin böyük hissəsinin Rövşən Cəniyevin Pokrov meyvə-tərəvəz bazası və ona bağlı topdan satış göyərti bazarına nəzarət uğrunda kriminal müharibəsilə əlaqədar olduğu bildirilir. Hümbətobuv həmçinin bir sıra “qanuni oğru”ların güllələnməsində əlaqəsinin olub-olmadığı yoxlanılır.

43 yaşlı kriminal avtoritet Nazim Hümbətov 20 noyabr 2012-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı. Hüquq-mühafizə orqanları onu 4 nəfərin sifarişli ölümündə, həmçinin Moskvada, Moskva vilayətində, Peterburqda və Sank-Peterburqda qətl sifarişlərini həyata keçirən cinayətkar dəstə yaratmaqda günahlandırır.

Nazim Hümbətov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (Qəsdən iki və ya daha çox şəxsi öldürmə), 222-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə ittiham edilir. İstintaq sənədlərində Nazim Hümbətovun tanınmış “qanuni oğru” Rövşən Lənkəranskinin (Rövşən Canıyev) ştatlı killeri olub. Moskvanın meyvə və tərəvəzin topdansatış bazarına nəzarət üstündə Lənkəranskinin “Axsaq Nazim”in əli ilə onlarla şəxsi aradan götürdüyü iddia olunur. Lakin hələlik istintaq orqanları N. Hümbətova qarşı yalnız dörd nəfəri güllələməsini sübuta yetiriblər.

İstintaq materiallarında bildirilir ki, 24 sentyabr 2003-cü ildə N. Hümbətov Ceyhun Xəlilov adlı tanışı və daha iki silahlı şəxslə birlikdə Odintsovo rayonunun Qryaz kəndində yerləşən avtoservisin ərazisində İlham Hüseynov adlı biri ilə “razborka”ya gedib. “Razborka” zamanı tərəflər arasında razılıq əldə olunmayıb. Bu zaman Ceyhun Xəlilov üzərində gəzdirdiyi “TT” markalı tapança ilə İlham Hüseynova atəş açıb. Hümbətovla birlikdə gələn silahlı şəxslər də İlham Hüseynovu müşahidə edən üç azərbaycanlıya atəş açmağa başlayıblar. Nəticədə İ. Hüseynov və onun Mamed adlı tanışı ölüb. İki nəfər isə ağır yaralanıb.

Hadisədən 5 il keçdikdən sonra 2008-ci ildə Moskva vilayətinin müstəntiqləri bu cinayət hadisəsinin üstünü açaraq Nazim Hümbətov barəsində axtarış elan ediblər. Lakin Hümbətovu yaxalamaq yalnız 2012-ci ilin payızında mümkün olub. Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin Federal Təhlükəsizlik Xidməti ilə birlikdə keçirdiyi əməliyyat zamanı N. Hümbətov yaxalanıb. Onun məxfi həyat tərzi keçirdiyi və daim yaşadığı ünvanları dəyişərək saxta pasportlardan istifadə etdiyi məlum olub.

İstintaq materiallarında N. Hümbətovun cinayət əməllərini birgə törətdiyi tanışı Ceyhun Xəlilovun öldüyü bildirilir. Bu səbəbdən ona qarşı heç bir ittiham irəli sürülməyib.