Ləzgilərin ləziz yeməyi

Yemek

Qusar ləzgilərin ən çox məskunlaşdığı rayonlardandır. Bu rayonun gözəl təbiəti mətbəxinə də sirayət edib.
Ləzgilərin ən nəfis yeməklərindən biri də “çıkan”dır. Adətən 1 neçə hissədən ibarət olan “çıkanı” hazırlamaq üçün 3 saata yaxın vaxt lazımdır. “Çıkan” ləzgilərin çöl yeməyi olub ta qədimdən, “çın-kan” yəni -“odun üstü” mənasını verir.

Olduqca kalorili olan bu yeməyi rayona gələn turistlər daha çox sifariş verirlər. Həqiqətən də Qusara gəlib “çıkan” dan dadmağa dəyər.

Bu nəfis yeməyin hazırlanma qaydasını təqdim edirik.

450- 500 qram ət
100 qram quyruq
1kq 500-700 qram kartof
Un, yağ, duz, istiot, kəklikot

Əvvəlcə xəmir yoğrulur, dəfə həmin xəmir yağ qatılaraq yayılır. Açılmış xəmirin üzərinə doğranmış kartof, çəkilmiş ət, qarışdırılmış halda düzülür. Üstünə təkrar xəmir qoyularaq yenə həmin ərzaqlar düzülür və üzəri yenidən xəmirlə örtülərək sobaya qoyulur.
Təxminən 2 saata yaxın sobasında bişir. Bişmiş xəmir doğranılır və süfrəyə verilir.

“Çıkan” ləzgilərin çöl yeməyi olub ta qədimdən, “çın-kan” yəni -“odun üstü” mənasını verir.
Olduqca kalorili olan bu yeməyi rayona gələn turistlər daha çox sifariş verirlər. Həqiqətən də Qusara gəlib “çıkan” dan dadmağa dəyər.