Laçın postunda GƏRGİNLİK: – AzTV-dən canlı REPORTAJ

Ermənistan növbəti dəfə təxribata əl ataraq humanitar yardım adı ilə Azərbaycanın Laçında qurduğu sərhəd-keçid məntəqəsi qarşısında qeyri-qanuni hərəkətlər həyata keçirir.

Hazırda 19 TIR maşını Azərbaycan ərazisinə daxil olmaq üçün gözləyir.

Azərbaycanla əvvəlcədən razılaşmadan özbaşına sərhədə yük maşınları göndərmək ölkənin suverenliyinə, ərazi bütövlüyünə sayğısızlığın və qəsdin göstəricisidir. AzTV bir qədər əvvəl hadisələrin cərəyan etdiyi Laçın postunun üzərindən canlı reportaj yayınlayıb.

Həmin reportajı təqdim edirik: