Laçın-Xankəndi yolunda aksiya davam edir – 29-cu gün

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Xalq.az xəbər verir ki, aksiyanın 29-cu günündə Şuşaya güclü qar yağıb.

Havanın qarlı, şaxtalı olmaına baxmayaraq, iştirakçılar etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.