Lavrov Bakıdan əvvəl İrana gedir

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək.

XALQ.AZ xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov “Twitter” səhifəsində məlumat paylaşıb.

Diplomat səfərin təfərrüatları barədə məlumat verməyib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana da səfər edəcək. XİN başçısının Bakıya işgüzar səfəri 23-24 iyun tarixlərinə planlaşdırılıb.