Lavrov-Çavuşoğlu görüşü başa çatdı 

Ankarada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

Xalq.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası yayıb.

Nazirlər görüş zamanı Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz bölgələrindəki vəziyyət və s. məsələləri müzakirə edəcəklər.

***

Nazirlər arasında görüş başa çatıb. Çavuşoğlu rusiyalı həmkarı ilə danışıqları məhsuldar adlandırıb. Onun sözlərinə görə, Lavrovla Ukraynadakı vəziyyəti və regional məsələləri müzakirə edib.

“Ankara İstanbulda Ukrayna limanlarından taxılın çıxarılmasına dair Rusiya, Ukrayna, Türkiyə və BMT arasında görüş təşkil etməyə hazırdır. Türkiyə, həmçinin Rusiya və Ukrayna arasında danışıqlar prosesinin bərpa olunmasını mümkün hesab edir”, – deyə Çavuşoğlu qeyd edib.

***

Lavrovun sözlərinə görə, Çavuşoğlu ilə görüşdə Rusiya və Türkiyə arasında yüksək səviyyədə görüşə hazırlığı müzakirə edib.

Rusiyanın XİN rəhbəri, həmçinin Çavuşoğlunu Ukraynadakı xüsusi hərbi əməliyyat ilə bağlı da məlumatlandırıb və əməliyyatın plan üzrə getdiyini bildirib.