media-leo

” Leobank” kartlarda pul çıxara bilmirik.

Bu haqda XALQ-AZ müştərilərdən  məlumat verilib.

Belə ki, istifadəçilər şəxsi vəsaitlərindən istifadə edə bilmirlər. Müştərilərin hesablarındakı pullar avtomatik olaraq kredit ödənişlərinə yönləndirilib, xüsusilə aylara bölünmüş kredit borclarına.
Bankın müştəri xidməti ilə əlaqə saxlayan istifadəçilərdən bəziləri problemin iki gündür davam etdiyini və texniki nasazlığın hələ də aradan qaldırılmadığını öyrəniblər.

leobank kart
Bank nümayəndələri sistemlərində ciddi texniki problemin olduğunu təsdiqləyiblər, lakin nə vaxt düzələcəyi ilə bağlı dəqiq məlumat verməyiblər

sms mesaj telefon mobil

Hazırda yüzlərlə müştəri vəsaitlərinə çıxış imkanından məhrumdur və bu vəziyyət böyük narahatlıq doğurur. Leobank rəhbərliyinin problemin həlli üçün hansı addımları atacağı və müştərilərin itkilərinin necə kompensasiya ediləcəyi sual olaraq qalır.


media-ads728x90

Bənzər xəbərlər