“Gədəbəy” və “Slavyanka” su markalarının istehsalçısı “Gədəbəy Mineral Suları” şirkətinin dövlətə olan vergi borcu getdikcə artır.

XALQ.AZ  xəbər verir ki, uzun müddətdir yaranmış vergi borcunu şirkət hələ ki, ödəmək istəmir. Şirkətin hazırda nə az, nə çox, dövlətə düz 7.947.792.04 manat vergi borcu var. Bu borc hələ ötən ay 7.663.266.39 AZN idi. Görünür şirkət borcunu ödəməkdə çətinlik çəkir və ya bundan yayınır.

Qeyd edək ki, külli miqdarda vergi borcu olan “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi Ramil Fərzəliyev Calal Oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.


media-ads728x90

Bənzər xəbərlər