“Lerik Broyler” orduya yardım etdi

Lerik Broyler” şirkəti Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna  yardım etdi.

Vətən torpaqlarının azad olunması üçün əzm və rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrimizin Yardım Fonduna 5 min manat ianə edilib.

Şirkətdən XALQ.AZ-a bildirilib ki, kollektivimizdə böyük ruh yüksəkliyinin olduğunu və Azərbaycan xalqının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın tezliklə azad olunacağına tam inandığını bildirilib.