Lerik rayonunun daha üç kəndinə təbii qaz verilmişdir

 

7

 

Sentyabrın 18-də Lerik rayonunun daha üç kəndinə – Monidigah, Təngəbin və Anzolu kəndlərinə təbii qaz verilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə kənddə keçirilən mərasimdə çıxış edənlər sakinləri əlamətdar hadisə münasibətilə təbrik etmişlər.
Kənd sakinləri ucqar dağ rayonunda yaşayanların həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

/p