Lerikdə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

 

07

Oktyabrın 18-də Lerik Rayon İcra Hakimiyyətində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi ikinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Xalq.az  xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, Dövlət Müstəqilliyi Günü ölkəmizin hər yerində olduğu kimi, Lerik rayonunda da bayram sevinci ilə qeyd olunur.
Dövlət müstəqilliyinin hər bir xalq üçün böyük nailiyyət olduğunu vurğulayan A.Vəliməmmədova müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yada salmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyimizin daha da möhkəmləndiyini, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrildiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edənlər dövlət müstəqilliyinin bərpasından ötən 22 il ərzində ölkəmizdə, o cümlədən Lerik rayonunda qazanılmış uğurlardan danışmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi qarşıda daha işıqlı və firavan gələcək gözlədiyinə əminliklərini ifadə etmişlər.