Leriklilər Azərbaycanın surətli inkişafının təminatçısı İlham Əliyevə səs verəcək

45

 

Sentyabrın 18-də YAP-ın Lerik rayon təşkilatının təbliğat qrupunun üzvlərinin rayonunun Monidigah, Rvarud və Çayrud kəndlərində seçicilərlə görüşü olub.

Görüşdə Milli Məclisin deputatı İqbal Məmmədov, Tibb elmləri doktoru, professor Əlihüseyn Hidayətov, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Görüşdə çıxış edən kənd sakinləri hamılıqla Azərbaycanın surətli inkişafının təminatçısı olan İlham Əliyev cənablarına səs verəcəklərini bildirdilər.