Leyla Əliyeva sosial şəbəkədən çağırış etdi-Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədən çağırış etdi. XALQ.AZ məlumat verir ki, Leyla Əliyeva SƏNDƏ BİR ÜMÜD OL. QAN VER, HƏYAT QURTAR! çağırışı edib. O, bununla bağlı instagram hesabında paylaşım edib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı həyat bəxş edən donorları, qan dostları könüllü qan verməyə çağırır. Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə daima belə aksiyalar həyata keçirilir.

XALQ.AZ