Leyla Abdullayeva Zaxarova ilə məsləhətləşmələr apardı

Moskvada Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin Mətbuat xidmətləri arasında növbəti məsləhətləşmələr keçirilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter” səhifəsində yazıb.

“Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin mətbuat xidmətləri arasında məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Səmərəli dialoq davam etdiriləcək”,- deyə XİN rəsmisi qeyd edib.

Leyla Abdullayeva Zaxarova ilə məsləhətləşmələr apardı - FOTO

Orxan