Litva və Türkiyə “Bayraktar”la bağlı saziş imzaladı

Litva və Türkiyə nümayəndələri iyunun 1-i Ankarada “Bayraktar” pilotsuz uçuş aparatının alınmasına dair saziş imzalayıb.

Xalq.az xəbər verir ki, bu barədə məlumatı “Delfi” portalı yayıb.

Xatırladaq ki, Litvanın müdafiə nazirinin müavini Vilyus Semeşka sözügedən məsələ ilə bağlı Türkiyəyə səfər edib. Litva əldə etdiyi “Bayraktar”ı Ukraynaya verəcək. Belə ki, bir neçə gün əvvəl Litvada Ukraynaya “Bayraktar” alınması ilə bağlı kampaniya başladılıb və 3 gün ərzində 5 milyon avro toplanıb.