“London” taksilərində gediş haqqı bahalaşır

 

37

Gündəlik planı 28 manatdan 34 manata yüksəldən şirkət etiraz edən sürücüləri təhdid edib 

Bakıda sərnişindaşıma ilə məşğul olan «London» taksilərinin gündəlik planı qaldırılıb.XALQ.AZ-ın  əldə etdiyi məlumata görə, 28 manatdan 34 manata qədər artırılan plana etiraz edən sürücülər, dünən təmsil etdikləri şirkətin qarşısına toplaşıblar.

Məlumatda deyilir ki, sürücülər rəhbərlikdən qiymətlərin əvvəlki vəziyyətdə saxlanılmasını tələb ediblər. Əks təqdirdə, işi buraxacaqlarını bildiriblər. Lakin bu etiraza rəğmən, «London» taksilərini işlədən şirkətin rəhbərliyi onları işdən çıxaracağı, hətta həbs etdirəcəyi ilə təhdid edib.

Taksi sürücülərindən aldığımız məlumata görə, taksi ilə gediş haqqı gündəlik planın qaldırılmasından sonra artacaq. Və bunun sentyabrdan etibarən baş tutacağı gözlənilir.