“LUKoyl”a hücum edən dəstə zərərsizləşdirildi

Hebs

Bakının Suraxanı rayonunda yanacaqdoldurma məntəqəsinə basqın edən dəstə zərərsizləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iyunun 24-də paytaxtın Suraxanı rayonu ərazisində “LUKoyl” yanacaqdoldurma məntəqəsinə basqın edərək oradan külli miqdarda pul və digər əşyalar oğurlayan 5 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri həbs edilib.

Əməliyyat Suraxanı rayon Polis İdarəsi və 30-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.

Onlardan maddi sübut kimi yanacaqdoldurma məntəqəsindən oğurlanan monitor və xüsusi geyim vasitələri götürülüb. Həbs edilən dəstənin üzvləri haqqından əlavə məlumat veriləcək.