Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibinin Avropa və Asiya məsələri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşüb.
XALQ.AZ xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva öz “Twitter” səhifəsində yazıb.
Görüş zamanı tərəflər geniş regionda baş verən proseslər, Ermənistan-Azərbaycan münaqişəsi və ikitərəfli əlaqələrə dair geniş fikir mübadiləsi aparıblar.
Məmmədyarov daha sonra ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyllə də görüşüb. Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin əsas cəhətləri, əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritet istiqamətlər və son zamanlar əməkdaşlıqda artan dinamika barədə geniş fikir mübadiləsi aparılıb.
Orxan