Mədəniyyət Mərkəzi bağlandı – KİV

İranın Bakıdakı Mədəniyyət Mərkəzinin fəaliyyətinin dayandırıldığı bildirilir.
Bu barədə “Azad İran” Teleqram kanalında məlumat yayıb.
İddiaya görə, Mədəniyyət Mərkəzinin rəhbəri iki ölkə arasında yaşanan son gərginlik səbəbindən Azərbaycan Respublikasından qovulub.
Mövzu ilə bağlı məlumatlı bir mənbə İRNA-ya müsahibəsində Azərbaycan hökumətinin Bakıdakı Mədəniyyət Mərkəzinin ofisinin bağlanmasını iki ölkə arasında son zamanlar yaşanan fikir ayrılıqları ilə əlaqələndirib.