Məhkəmə hakimi bağ evində silahla…

Bakıda məhkəmə hakimi arvadını öldürüb.

XALQ.AZ-ın məlumata görə, hadisə təxminən 3 saat öncə paytaxtın Sabunçu rayonu, Ləhic bağlarında baş verib.

Bakıda məhkəmə hakimi arvadını öldürdü

Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, cütlüyün 3 övladı var.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.