Məhkəmə Mübariz Məsimov haqqında qərar verdi

İş adamı Mübariz Mənsimov İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva öz feysbuk hesabında məlumat verib.

Qeyd edək ki, M. Mənsimov 2020-ci ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.

2021-ci ilin fevralında İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.

Bu il martın 5-də İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun vəsatəti təmin olunub, o, məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.